Randevu al

+994 77 537 77 88

Bağırsaq düyünlənməsi nədir? Simptomları hansılardır?

bağırsaq düyünlənməsi

Bağırsaq düyünlənməsi yoğun və ya nazik bağırsağın bir hissəsinin öz ətrafında və ya mezenteriya (bağırsaqları qidalandıran qişa) ətrafında bükülməsi nəticəsində tıxanıqlığın baş verməsidir. Bağırsaq tıkanıqlığı ciddi fəsadlara səbəb ola bilər. Bu vəziyyət həmçinin qan axınının pozulması ilə bağırsaqda toxuma ölümünə səbəb ola bilər. Bağırsaq düyünlənməsi tez bir zamanda müalicə edilməlidir.

Bağırsaq düyünləri nədir?

Yoğun və ya nazik bağırsağın bir hissəsinin bükülməsidir. Bükülmüş hissə bağırsağa gedən qan damarlarını bağlaya və bağırsağın qidalanmasına maneə törədə bilər. Bu hal cərrahi müdaxilə tələb edən riskli bir vəziyyətdir. Lazımı müalicə tez bir zamanda aparılmazsa, bu, bağırsağın düyünlənmiş hissəsindəki toxumaların ölümü ilə nəticələnə bilər. İncə bağırsaqda meydana gələn düyünlənmə adətən körpələrdə və uşaqlarda müşahidə olunur. Yetkinlərdə isə daha çox yoğun bağırsaq düyünlərinə rast gəlinir.

Bağırsaq düyünlərinin növləri

Bağırsaq tıkanıqlığının birdən çox növü var və hər növün öz xüsusiyyətləri mövcuddur. Bağırsaq düyünlərinin növlərini aşağıdakı kimi sadalaya bilərik:

Çekum volvulusu: Bağırsaq şişməsi kimi tanınan bu vəziyyət bağırsaq tıxanıqlığının nadir növlərindən biridir. Nazik ilə qalın bağırsaq arasında olur və bağırsaq qarın divarından ayrılaraq öz ətrafında fırlanır. Görüntülərin köməyi ilə tez bir zamanda diaqnoz qoyula və uğurla müalicə edilə bilər.

Sigmoid colon volvulus: Tıxanıqlığın ən çox yayılmış növüdür.

Bağırsağın uc hissəsi, yəni düz bağırsağa birləşən hissəsi siqmoid kolon adlanır. Siqmoid kolonda çoxlu əzələ toxuması var və bu əzələ dəstələri üzü yuxarı, aşağı və ya dairəvi şəkildə yerləşir. Siqmoid kolon müxtəlif səbəblərdən öz ətrafında və ya qoruyucu membranın ətrafında fırlana bilər. 

Eninə kolon volvulusu: Bu tip bağırsaq tıxanıqlığı adətən yaşlılarda görülür. Bağırsağın orta hissəsində baş verir. Bu vəziyyətin səbəbi uzun və ya dar bir mezenter, həmçinin xroniki qəbizlik ola bilər. Olduqca nadir rast gəlinən bu tip düyünlər siqmoid kolonda baş verən düyünlərə bənzəyir.

Bağırsaq düyünlərinin səbəbi

Düyünlənmə anadangəlmə ola bilər. Buna malrotasiya deyilir. Bu halda bağırsaqlar qarın boşluğunda yerdəyişmə edir və ya fırlana bilər. Bundan əlavə, bağırsağın az və ya çox hərəkəti də tıxanmaya səbəb ola bilər. Düyünlənmə ümumiyyətlə birdən çox səbəbə görə inkişaf edə bilər. Bu səbəbləri aşağıdakı kimi sıralamaq olar:

  • Bağırsaqların genişlənməsi
  • Əməliyyatdan və ya infeksiyadan sonra inkişaf edən qarın bitişmələri
  • Bağırsaqlar qarın divarından ayrı olması
  • Xroniki qəbizlik
  • Hamiləlik
  • Hirschsprung xəstəliyi: Anadangəlmə yoğun bağırsaq böyüməsi kimi tanınır. Aşağı düz bağırsağın anusdan nəcis çıxarmaq üçün kifayət etməməsi səbəbi ilə inkişaf edir.

Bu vəziyyətlərdən başqa kişilərdə, 60 yaşdan yuxarı şəxslərdə və qocalar evində yaşayan fərdlərdə daha çox rast gəlinə bilər. Bağırsaq düyünləri başqa bir sağlamlıq problemi ilə əlaqəli ola bilər. Düyünlənmə həmçinin heç bir səbəb olmadan da inkişaf edə bilər.

Bağırsaq düyünlənməsinin simptomları nələrdir?

Düyünlənmənin simptomları qəfil və şiddətli şəkildə görünə bilər. Bağırsaq tıxanıqlığının əsas simptomları qarında şişkinlik və yaşıl öd qusması ilə özünü göstərir. Ancaq bağırsaq fırlanmasının baş verdiyi bölgədən asılı olaraq simptomlar dəyişə bilər. Düyünlənmə, tıxanmış bağırsaqda qaz və mayenin yığılması nəticəsində bağırsaq divarında şiddətli ağrı və təzyiqə səbəb ola bilər. Bağırsaq düyünlərinin simptomlarını aşağıdakı kimi sıralamaq olar:

  • Qarın ağrısı və həssaslıq
  • Bulantı və qusma
  • Şişmiş qarın
  • Qanlı nəcis
  • Qəbizlik
  • Qarın müayinəsində palpasiya olunan kütlə

Körpələrdə bağırsaq tıxanıqlığının simptomları böyüklərdən bir qədər fərqlənə bilər. Körpələrdə bu əlamətlərlə yanaşı, aşağıdakı simptomlar da müşahidə oluna bilər:

  • Ani ağlama
  • Ayaqlarda ağrı var imiş kimi kimi hərəkətlənmə
  • Letarji (həyat funksiyalarının yavaşlaması üçün lazım olan yuxululuq)
  • Sürətli ürək döyüntüsü və nəfəs

Bağırsaq düyünlərinin diaqnozu

Həkim əvvəlcə xəstədən problemlər haqqında məlumat alır. Daha sonra fiziki müayinə edilir. Düyünlənmənin diaqnozu adətən rentgen və ya görüntüləmə ilə edilir. Görünüşü daha aydın və başa düşülən etmək üçün imalə üsulu da istifadə edilə bilər. Bununla belə, diaqnoz üçün kompüter tomoqrafiyası, ultrasəs və ya kolonoskopiyadan da istifadə edilə bilər. Bağırsaq tıxanıqlığının diaqnozu üçün əsasən aşağıdakı üsullardan istifadə edilə bilər:

  • Qan testləri
  • Nəcisdə qanı yoxlamaq üçün testlər
  • Qarın yuxarı və ya aşağı hissəsini yoxlamaq üçün barium rentgenoqrafiyası
  • Siqmoidoskopiya

Bağırsaq düyünlərinin müalicəsi

Bağırsaq düyünləri erkən müalicə tələb edir. Müalicə ilə bağırsaq düyünlənməsi açılır və nəticədə tıxanıqlıq aradan qaldırılır. Problemin həlli üçün cərrahi müdaxilə də tələb oluna bilər. Ancaq bəzi hallarda əməliyyata ehtiyac olmadan bu problemi həll etmək mümkündür. Həkimlər sigmoidoskopiya adlı görüntüləmə sistemindən istifadə edərək bağırsağı bərpa edə bilərlər. Siqmoidoskopiya proseduru rektumdan daxil edilən nazik bir boru ilə həyata keçirilir.

Yoğun bağırsağın fırlanan hissələrinə boru ilə hava vurulur və həmin hissə açılır. Ancaq bu üsulla açılan bağırsaq düyünləri bir müddət sonra təkrarlana bilər. Belə hallarda qalıcı bir həll üçün cərrahi əməliyyatlar tələb olunur. Bağırsaq düyünü əməliyyatı zamanı həkim bağırsağın burulmuş hissəsinin yaxınlığında qarın divarında kəsik açaraq düyünü aça bilər. Daha sonra bağırsağın əyilməsi səbəbi ilə pozulan qan axını bərpa edilir. Əgər uzun müddət tıxanıqlıq səbəbi ilə bağırsaqlara qan axını təmin olunmursa və bağırsağın bir hissəsi fəaliyyətini dayandırıbsa, həmin hissə əməliyyatla çıxarıla bilər. Sonra bağırsaqların ucları bir-birinə tikilir. Bəzi hallarda ölü bağırsaq çox olduğu üçün böyük bir hissə çıxarılmalı olur və nəticədə bağırsaqların uclarını bir-birinə tikmək çətinləşir.

Belə bir vəziyyətdə cərrah bağırsaqların uclarını qarın divarındakı stoma kimi tanınan boşluqlara bağlaya bilər. Stoması olan insanlar nəcis ehtiyaclarını kolostomiya torbalarından istifadə edərək qarşılaya bilərlər. Ancaq bu vəziyyət daimi və ya müvəqqəti olur.

Bağırsaq düyünlərinin fəsadları

Bağırsaq düyünləri nəticəsində yarana biləcək fəsadları aşağıdakı kimi sıralamaq olar:

  • Sepsis (qan infeksiyası)
  • Qısa bağırsaq sindromu (malabsorbsiya pozğunluğu) toxuma ölümü səbəbindən bağırsağın böyük bir hissəsi çıxarıldıqda inkişaf edir.
  • İkincili peritonit (qarın infeksiyası)

Müalicə edilməzsə, bağırsaq tıxanıqlığı riskli nəticələrə səbəb ola bilər. Buna görə də əlamətlərini hiss etdiyiniz zaman gecikmədən həkiminizə müraciət etmək məsləhətdir.

Tag Post :

Bağırsaq düyünlənməsi

Paylaşmaq :

Son Yazılarımız

Kateqoriyalar

Yenilikdən xəbərdar olmaq üçün