Randevu al

+994 77 537 77 88

Mədə yırtığı nədir: Simptomları və müalicəsi

mədə yırtığı nədir

Mədə yırtığı hər yaşda müşahidə oluna bilən bir xəstəlikdir, lakin daha çox 50 yaşdan yuxarı insanlarda rast gəlinir. Mədə yırtığı mədəni qida borusuna bağlayan yuxarı hissədəki əzələlərin boşalması nəticəsində mədənin qida borusuna sallanması zamanı baş verir. Mədənin yuxarı hissəsindəki əzələlər böyüməyə və zəifləməyə meyllidir, bu da müxtəlif stimullaşdırıcılarla birlikdə mədə yırtığının yaranmasına səbəb olur.

Bu xəstəlik diafraqma zəif qaldıqda baş verir. Bunun üçün bir çox amillər ola bilər. Nizamsız qidalanma və ya piylənmə nəticəsində daimi qəbizlik, qocalmaya görə əzələlərin zəifləməsi, orqanizmin genetik quruluşu, sinir və stress, siqaret çəkmə kimi faktorlar mədə yırtığının stimullaşdırıcısı ola bilər.

Bundan əlavə, hamiləlik və çox işləmək də mədə yırtığına səbəb ola bilər. Mədə yırtığı həyat üçün təhlükə yaratmır və gündəlik həyatımıza çox təsir etmir. Ancaq bəzi xəstələrdə orta və ya şiddətli reflüksə səbəb ola bilər. Mədə yırtığı reflüks xəstələrinin təxminən yarısında görülür.

Mədə yırtığı olan xəstələrdə mədənin qida borusuna çıxan hissəsi yırtıq olur. Mədə yırtığının ölçüsü və reflüksün səviyyəsi mütəxəssisin qərarından asılı olaraq cərrahi müdaxilə tələb edə bilər. Çox vaxt cərrahi müdaxilə nəticəsində qəti nəticə əldə edilir. Bununla belə, cərrahi əməliyyat aparmaq qabiliyyəti reflüksün irəliləmə səviyyəsi, yırtığın ölçüsü və müayinələrin nəticələri ilə müəyyən edilir. Mədə yırtığı iki şəkildə baş verir:

  • Paraezofagial mədə yırtığı adlanan mədə yırtığının növü çox rast gəlinməsə də, daha çox qadınlarda rast gəlinir. Vaxtında müalicə olunmayan mədə yırtığı qida borusu ilə birlikdə sinə boşluğuna doğru sürüşür və həmin nahiyədə yırtıq əmələ gəlməyə başlayır. Paraezofagial mədə yırtıqlarının irəliləməsi həyat üçün təhlükə yaradır. Mütləq cərrahi müdaxilə tələb edir və müalicəsi heç vaxt gecikdirilməməlidir.
  • Sürüşən yırtıq adətən reflüks ilə əlaqələndirilir və bu xəstəlik mədənin qida borusu ilə birlikdə sinə boşluğuna sürüşdükdə baş verir. İlkin mərhələlərdə normal mədə yırtığı ilə eyni simptomları göstərir, lakin irəlilədikdə paraezofagial mədə yırtığına çevrilə bilər. Xəstənin mədə yırtığını bu mərhələyə çatmamış müalicə etməsi daha yaxşı olardı.

Mədə yırtığının simptomları

Mədə yırtığı ümumiyyətlə ilkin simptomlara səbəb olmur. Simptomların meydana gəldiyi hallarda, mədədə əyilmə, ağır yük qaldırma və ya tualet pozuntuları nəticəsində yaranan təzyiq səbəbiylə döş sümüyünün arxasında yanma və turşuluq meydana gələ bilər. Simptomlar mədə yırtığı xəstəliyinin səviyyəsindən asılı olaraq dəyişir. Xəstəlik ilkin mərhələdə heç bir aşkar simptomlara səbəb olmasa da, orta və irəli səviyyələrdə ciddi problemlər yarana bilər. Döş sümüyünün arxasında yanma, turş və ya qəfil yemək tullantılarının ağıza gəlməsi, boğaza doğru hərəkət edən ağrılar, gecələr qəfil başlayan öskürək tutmaları mədə yırtığının əlamətləridir.

Paraezofagial mədə yırtığında və sürüşmə tipli mədə yırtığında bir müddət sonra həddindən artıq doyma hissi və udma çətinliyi kimi əlamətlər yarana bilər. Bəzi paraezofagial mədə yırtığı xəstələri mədə qanaması və ya qəhvə çöküntüsü kimi görünən qan qusma ilə qarşılaşa bilər. Belə hallarda təcili cərrahi müdaxilə tələb olunur və dərhal bir səhiyyə müəssisəsinə müraciət edilməlidir.

Mədə yırtığının müalicə üsulları hansılardır?

Mədə yırtığının müalicəsi qastrit və reflüks xəstəliyinin müalicəsinə bənzəyir. Xüsusi dərman müalicəsi yoxdur. Ən təsirli müalicə xəstənin nizamlı pəhrizə riayət etməklə mədəsinin sağlamlığını qorumasıdır. Mədə yırtığı diaqnozu qoyulan xəstələr qəhvə, yağ və şokolad kimi turşulu qida və içkilərdən uzaq durmalıdırlar. Bu xəstələr yeməkdən sonra ən azı 3 saat sonra yatmalıdırlar. Gecə mədədə təzyiqin qarşısını almaq üçün başın sinədən daha yüksək səviyyədə olması üçün hündür yastıqla yatmaq lazımdır. Mədədə qaz əmələ gətirə biləcək məhsulları qəbul etməməyə diqqət yetirilməlidir.

İrəliləmiş mədə yırtıqlarında mütəxəssis uyğun gördüyü halda cərrahi müdaxilə edilir. Mədənin yırtıq hissəsi dəyişdirilir və yenidən yırtığın yaranmasının qarşısını almaq üçün lazımi müdaxilələr edilir. Xəstəliyin miqyasının uyğun olması və cərrahın tövsiyələrinin uyğunluğu halınnda ümumiyyətlə laparoskopik əməliyyata üstünlük verilir.

Mədə yırtığının qarşısını almaq üçün müntəzəm qidalanılmalı, mədə sağlamlığına fikir verirlməli, mədəyə zərər verəcək qidalardan uzaq durulmalıdır. Stressdən qaçınmaq və qətiliklə siqaret çəkməmək lazımdır. Bu sadə məsləhətlərə diqqət yetirməklə özünüzü mədə yırtığından qoruya bilərsiniz.

Tag Post :

Mədə yırtığı

Paylaşmaq :

Son Yazılarımız

Kateqoriyalar

Yenilikdən xəbərdar olmaq üçün