Randevu al

+994 77 537 77 88

Mədəaltı vəzi xərçəngi

mədəaltı vəzi xərçəngi

Mədəaltı vəzi xərçəngi və ya pankreatit daha çox kişilərdə rast gəlinir. Əsasən yaşlı insanlarda (40-85 yaş) müşahidə olunur  və aqressiv xarakterlidir. Bu növ, xərçəng xəstələrinin 2%-ni, xərçəngə bağlı ölüm hallarının isə 5%-ni təşkil edir. Mədəaltı vəzi xərçənginin erkən diaqnozu böyük əhəmiyyət kəsb edir.

Mədəaltı vəzinin bədəndə yerləşdiyi yer xəstəliyin diqanozunu çətinləşdirir

Anatomik olaraq mədəaltı vəzi mədənin düz arxasında yerləşir. Mədəaltı vəzinin ətrafında potensial bir boşluq var. Ekzokrin funksiyalar mədəaltı vəzinin həzm fermentlərini ifraz etməsi deməkdir. Bu səbəblə mədəaltı vəzi xərçəngi meydana gəldiyi zaman mədəaltı vəzi toxuması kiçildiyi üçün xəstələr şişkinlik, ishal kimi şikayətlərlə həkimə müraciət edirlər.

Hər yeməklə mədə genişlənir və yenidən boşalır. Buna görə də mədəaltı vəzinin ətrafında boşluq var. Pankreatit xərçəngi və ya şiş böyüdükdə, uzun müddət simptomlar görülməyə bilər. Üstəlik mədəaltı vəzinin içindən və ətrafından çoxlu həyati damarlar və sinirlər keçir. Bu da öz növbəsində diaqnozu gecikdirə bilər. Ağrısız sarılıq, arıqlama, qarın ağrısı, şişkinlik, nəcisin rənginin açılması, sidiyin rənginin qaralması, qabağa əyildikdə keçən qarın ağrısı və ya qəfil başlayan şəkər xəstəliyi kimi şikayətlər olduqda həkimə müraciət etmək lazımdır. Xəstəlik yayılmazdan əvvəl diaqnoz qoyulmalı və müalicəyə başlanmalıdır.

Piylənmə və siqaret mədəaltı vəzi xərçənginə səbəb olur

Mədəaltı vəzi xərçəngi hər 100 min insandan 12-sində görülür və hər il dünyada 227 min insan bu xəstəlikdən dünyasını dəyişir. Yaş, piylənmə, uzun müddət alkoqol istifadəsi, siqaret, genlər və ya qarın nahiyəsinə nüfuz etmiş radiasiya mədəaltı vəzi xərçəngi üçün risk faktorlarıdır.

Pankreatit xərçənginin müalicəsi xərçəng növündən asılı olaraq dəyişir. Pankreatit xərçənglərinin 90%-i adenokarsinomalardan, 10%-i isə hormon ifraz etmə potensialına sahib neyroendokrin şişlərindən ibarətdir. Neyroendokrin şişlərin müalicəsi bəzi hallarda qeyri-cərrahi ola bilər. Belə ki, endoskopik ultrasəs ilə radiotezlik verilməklə müalicə etmək mümkündür. Lakin əksəriyyətinin əsas müalicəsi əməliyyatdır. Unutmaq olmaz ki, əməliyyat zamanı xərçəng ətrafdakı damarlara yayılmamalıdır.

Görünməyən tərəflər endoskopik ultrasonoqrafiya cihazı ilə müəyyən edilə bilər

Müalicənin gedişatında erkən diaqnozun əhəmiyyəti böyükdür. Endoskopiya yalnız mədə divarını görə bildiyi halda, endoskopik ultrasəs (ucuna ultrasəs yerləşdirilmiş endoskopiya cihazı) ilə mədənin arxa hissəsi və ətrafı geniş bucaqla görə bilir. Həmçinin kütləvi və ya xoşxassəli bir şişin varlığı, gedişatın aqressiv olub-olmaması müəyyən edilə bilər. Qeyd etmək lazımdır ki, endoskopiya ilə diaqnoz daha sürətlə qoyula bilir.

Tag Post :

Mədəaltı vəzi xərçəngi

Paylaşmaq :

Son Yazılarımız

Kateqoriyalar

Yenilikdən xəbərdar olmaq üçün