Randevu al

+994 77 537 77 88

Mədə balonu ilə arıqlamaq

mədə balonu

Mədə balonu ilə arıqlamaq mədəyə maye ilə doldurulmuş silikon balonun yerləşdirilməsi ilə həyata keçirilən arıqlama prosedurudur. Bu prosedurdan sonra mədənizə qoyulan balon sizin yeyə biləcəyiniz qidanın miqdarını məhdudlaşdıraraq, toxluq hissi yaradır və arıqlamağa köməklik edir.

Əgər piylənmədən narahatsınızsa və ya çəkiniz, pəhriz və məşq ilə arıtq çəkidən qurtula bilmirsinizsə, mədə balonu proseduru müalicə üçün ən yaxşı seçim ola bilər.

Digər arıqlama üsulları kimi mədə balonu proseduru da sağlam həyat tərzinə nail olmaq üçün həyata keçirilir. Prosedurun uğurlu olmasını təmin etmək üçün dietoloqun təyin etdiyi xüsusi pəhrizə əməl etməli və müntəzəm olaraq məşq etməlisiniz.

Mədə balonu nə üçün tətbiq edilir?

Mədə balonu yerləşdirmək arıqlamağa kömək edir. İdeal çəkiyə çatmaq, piylənmə ilə bağlı potensial sağlamlıq problemlərinin inkişaf riskini azalda bilər, məsələn:

  • Qastroezofageal reflü xəstəliyi (GERD)
  • Ürək xəstəliyi
  • Hipertoniya
  • obstruktiv yuxu apnesi
  • Osteoartrit (oynaq ağrısı)
  • yüksək xolesterol
  • tip 2 diabet

Mədə balonu qoyulmasnı istəyən xəstələr aşağıdakı şərtlərə cavab verməlidirlər:

  • Bədən kütləsi indeksi (BMI) 30 ilə 40 arasında olmalı
  • Sağlam həyat tərzinə keşmək üçün olan dəyişikliklərə dözə bilmək, müntəzəm tibbi müayinədən keçmək və davranış terapiyası ilə məşğul olmaq.
  • Əvvəllər mədə və ya özofagus əməliyyatı olmayanlar.

Mədə balonu artıq çəkisi olan və ya obez olan hər kəs üçün doğru seçim deyil. Müayinə prosesi həkiminizə prosedurun sizin üçün faydalı olub olmadığını görməyə kömək edəcək.

Bu prosedurun mümkün riskləri

Mədə balonu qoyulduqdan qısa müddət sonra mədə balonu tətbiq edilən şəxslərin təxminən üçdə birində ağrı və ürək bulanması müşahidə olunur. Lakin bu simptomlar adətən balon yerləşdirildikdən sonra bir neçə gün davam edir. Bu simptomlar adətən evdə dərmanlarla müalicə edilə bilər.

Çox nadir olsa da, mədə balonu yerləşdirildikdən sonra ciddi yan təsirlər yarana bilər. Əməliyyatdan sonra hər hansı bir zaman ürəkbulanma, qusma və qarın ağrısı varsa dərhal həkiminizə müraciət edin.

Mədə balonu necə yerləşdirilir?

Mədə balonunun mədəyə yerləşdirilməsi proseduru endoskopiya adlı işıqlı kamera vasitəsi ilə yüngül sedasyon altında həyata keçirilir.

Mədə balonu qoyulmazdan əvvəl müxtəlif laboratoriya testləri və müayinələrdən keçməli ola bilərsiniz. Prosedurdan əvvəl nə yediyinizə və nə içdiyinizə, həmçinin qəbul etdiyiniz dərmanlara diqqət yetirməlisiniz. Siz həmçinin fiziki fəaliyyət proqramına başlamaq lazım ola bilər.

Endoskopiya bölməsində ambulator olaraq mədə balonu proseduru həyata keçirilir. Prosedura sedasyon altında həyata keçirilir.

Mədə balonunun tətbiqi zamanı həkim balonu və endoskop cihazını (kamera əlavə edilmiş çevik boru) saxlayan nazik bir borunu (kateter) boğazınızdan mədəinizə doğru yönəldir. Həkiminiz şarı şoran məhlulla dolduraraq şarın kamera vasitəsilə aydın görünməsini təmin edir.

Mədə balonu proseduru təxminən yarım saat çəkir. Prosedur bitdikdən bir-iki saat sonra evə gedə bilərsiniz.

Prosedurdan sonra

Mədə balonu prosedurundan təxminən altı saat sonra az miqdarda maye qəbul etməyə başlaya bilərsiniz. Maye pəhriz adətən yumşaq qidalar yeyə biləcəyiniz ikinci həftənin əvvəlinə qədər davam edir. Yəqin ki, mədə balonu yerləşdirildikdən təxminən üç həftə sonra normal yemək tərzinizə qayıda bilərsiniz.

Mədə balonları 6 aya qədər mədədə qalır və sonra endoskopun köməyi ilə çıxarılır. Şarın çıxarılması lazım olduqda, sizin və həkiminizin təyin etdiyi plana uyğun olaraq yeni bir balon yerləşdirilə və ya yürləşdirilməyə bilər bilər.

Mədə balonu yerləşdirilən xəstələrdə nəticələr

Mədə balonu yemək yeyərkən normalda olduğundan daha tez toxluq hissi yarada bilər, bu da adətən daha az yemək  deməkdir. Səbəblərdən biri mədədaxili balonun mədənin boşaldılması üçün lazım olan vaxtı yavaşlatması ola bilər.

Itirəcəyiniz çəki,pəhriz və idman da daxil olmaqla həyat tərzi vərdişlərinizi nə qədər dəyişə biləcəyinizdən asılıdır.

Hazırda mövcud olan elmi nəşrlərə əsasən, mədə balonu yerləşdirildikdən sonra altı ay ərzində bədən çəkisinin təxminən 7%-15%-i itirilir. Ümumi çəki itkisi 30% ilə 47% arasında dəyişir.

Əhəmiyyətli çəki itkisi ilə nəticələnən digər prosedur və əməliyyatlarda olduğu kimi, mədə balonu da çox vaxt artıq çəki ilə əlaqəli aşağıdakı şərtləri yaxşılaşdırmağa və ya həll etməyə kömək edə bilər:

  • qastroezofageal reflü xəstəliyi
  • Ürək xəstəliyi
  • Hipertoniya
  • obstruktiv yuxu apnesi
  • Osteoartrit (oynaq ağrısı)
  • tip 2 diabet
  • yüksək xolesterol
  • Alkoqolsuz yağlı qaraciyər xəstəliyi və ya alkoqolsuz steatohepa

Tag Post :

Mədə balonu

Paylaşmaq :

Son Yazılarımız

Kateqoriyalar

Yenilikdən xəbərdar olmaq üçün