Mədə üşütməsi mədə-bağırsaq infeksiyası nəticəsində inkişaf edən bir xəstəlikdir. Xüsusilə qış aylarında soyuq havanın təsiri ilə tez-tez rast gəlinən bu xəstəlik həm böyüklərdə, həm də uşaqlarda görə bilərik.
Mədə üşütməsi nədir?
Mədə soyuqlaması kimi bildiyimiz “viral qastroenterit” sulu ishal, ürəkbulanma, qusma, hərarət və qarın ağrısı ilə ortaya çıxan bir mədə-bağırsaq infeksiyonudur. Payız və xüsusilə qış aylarında tez-tez rast gəlinən bu xəstəlikdə immunitet sistemini güclü tutmağımız vacibdir.
Mədə üşütməsinin əlamətləri nələrdir?
Xəstəlik adətən qəfildən başlayır. Yüngül əlamətlərlə özünü göstərən xəstəlik müdaxilə edilmədikdə şiddətlənə bilər.
Ən aydın əlamətlərini belə sıralaya bilərik:
- İshal (qanlı olmayan)
- Ürəkbulanma, qusma
- Halsızlıq, yorğunluq hissi
- Hərarət (yüngül keçir)
- Qarın və mədə ağrısı (kramp ilə birlikdə)
- Şişkinlik və qaz problemi
Mədə soyuqlamasının səbəbləri nələrdir?
Mədə soyuqlamasına səbəb ola biləcək müxtəlif amillər mövcuddur:
- Rotavirus və norovirus kimi viruslar mədə və bağırsaq sisteminə zərər verən viral infeksiyonlar
- Mədənin işləmə balansını və florasını pozacağından soyuq və ya buzlu yemək-içki istehlakı
- Stress, qeyri-kafi və sağlıqsız qidalanma, yuxu pozuntuları kimi immunitet sistemini zəiflədən amillər
- Şəxsi gigiyena qaydalarını əhəmiyyət verməmək (əl yuma və s.)
- Çirkin yemək və içki istehlak etmək
Mədə üşütməsindən qorunma üsulları nələrdir?
Mədə üşütməsindən qorunmaq üçün aşağıdakı tədbirlər alına bilər:
Gigiyenaya Diqqət Yetirin: Əllərinizi yeməkdən əvvəl, tualet istifadə etdikdən sonra və ictimai yerlərdən sonra düzgün texnika ilə yuyun.
Sağlam Qidalanın: Təzə, yaxşı bişmiş və gigiyenik şəraitdə hazırlanmış yeməklər istehlak edin. Küçə satıcılarından alınan yeməklərə diqqət edin.
Qidaları Düzgün Saxlayın: Pozula biləcək qidaları soyuducuda saxlayın və son istifadə tarixlərini yoxlayın.
İçməli Suya Diqqət Yetirin: Təmiz və etibarlı mənbələrdən su istehlak edin. Səyahətlərdə qablaşdırılmış su istifadə edin.
İmmunitet Sistemini Güclændirin: Vitamin və mineral baxımından zəngin bir pəhriz tətbiq edin. C vitamini, probiyotik qatıq və kefir kimi immuniteta dəstək olan qidalar istehlak edin.
Soyuq və Həddindən Artıq İsti Qidalardan Qaçın: Ani temperatur dəyişikliyinə səbəb ola biləcək yemək və içkiləri istehlak etməkdən qaçın.
Qış Aylarında Özünüzü Qoruyun: Soyuq havalarda bədəninizi isti tutacaq paltarlar geyin və çox soyuq mühitlərdə olmaqdan qaçın.
Müalicə üsulları nələrdir?
Maye qəbulu: Qusma və ishal səbəbindən itirilən mayeni kompensasiya etmək üçün çoxlu miqdarda su, elektrolit tərkibli içkilər və bitki çayları için. Zəncəfil çayı və ya papatya çayı kimi rahatlatıcı içkilər üstünlük verilə bilər.
Yüngül və sağlam qidalar: Mədəni yormayacaq düyü lapası, banan, qatıq, alma püresi kimi asan həzm oluna bilən qidalar istehlak edin. Ədviyyatlı, yağlı və ya çiy qidalardan qaçın.
Reçetəsiz dərmanlar: Antiemetik və ya antidiaren dərmanlar həkim tövsiyəsi ilə istifadə oluna bilər. Həmçinin probiyotik dəstəklərlə mədə və bağırsaq florasının düzəlməsinə kömək oluna bilər.
Dincəlmə: Bədənin özünü bərpa etməsi üçün kifayət qədər dincəlmə təmin edilməlidir.
Təbii Müalicələr: Nanə, zəncəfil və ya razyanə kimi bitki həlləri mədəni rahatlaşdıra bilər. Ancaq bunları istifadə etməzdən əvvəl həkimə məsləhət alınması tövsiyə olunur.
Narahatlıq bir həftədən uzun müddət davam edirsiə, 38,5 və yuxarı yüksək hərarət varsa, şiddətli qarın ağrısı, ürəkbulanma və qanlı nəcis varsa mütəxəssis həkimə dərhal müraciət etməlisiniz.
Xüsusilə immuniteyi zəif olan şəxslər (yaşlılar, uşaqlar və ya xroniki xəstəliyi olanlar) bu vəziyyəti daha çox əhəmiyyətlə qarşılamalıdırlar.
Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.