Öd ağrısı zamanı qidalanma

od ağrisi zamani qidalanma

Table of Contents

Bu yazımızda öd ağrısı zamanı qidalanma tövsiyələri və öd kisəsi daşının yaranmaması üçün necə qidalanmalı kimi mövzular müzakirə ediləcək.

Öd kisəsi daşı öd ifrazatındakı kimyəvi maddələrdən əmələ gələn bərk quruluşlardır. Bu daşlar müxtəlif növlərdə ortaya çıxa bilər.

öd kisəsində daş

Xolesterol və piqment daşları olaraq ikiyə ayrılan öd kisəsi daşı növləri; dərinin və göz ağlarının saralması, yüksək hərarət, tərləmə, titrəmə, ürəkbulanma, qusma hissi, sağ yuxarı qarın boşluğunda şiddətli ağrı kimi əlamətlərlə ortaya çıxa bilər.

Öd qaraciyərdə parçalanan maddələrin bədəndən xaric olunmasını təmin edir. Bununla yanaşı, ən əhəmiyyətli vəzifələri arasında olan yağda həll olan vitaminlərin və eyni zamanda yağların mənimsənilməsini təmin etmək, nazik bağırsaqda qələvi mühit yaratmaq, mədəaltı vəzidən ifraz olunan yağ həzmində vəzifəli olan lipazı aktivləşdirmək kimi vəzifələri var.

Öd kisəsi daşının əmələ gəlməsində qidalanma tək başına təsirli olmasa da, əhəmiyyətli bir faktordur.

Bəs öd kisəsi daşı əmələ gəlmə riskini azaltmaq üçün necə qidalanmaq olar?

Öd kisəsi daşının ağrısı haraya vurur?

Öd kisəsi daşı əgər simptom verir və ağrı olaraq ortaya çıxarsa, tez-tez sağ qabırğanın altı, hər iki qabırğanın ortası, sağ çiyin, bel ağrısı, sağ yan ağrısı, yayğın qarın ağrısı kimi əlamətlərlə ortaya çıxa bilər

öd kisəsində ağrı

Öd kisəsi daşı olanlar necə qidalanmalıdır?

Öd kisəsi daşı olan xəstələrin qidalanma tərzi; öd kisəsi ödü toplayıb və yağların həzminə kömək etdiyi üçün bu xəstələrin qidalanmasında öd kisəsinin işləməsinə səbəb olan qıcıqlandırıcı qidalardan uzaq durmaları lazımdır.

Bunlara təxminən, yağlı (qızartmalar və s.), yumurta, şokolad və bu kimi yağ və xolesterol tərkibi yüksək olan qidalardan uzaq durmaq lazımdır.

Öd kisəsi ağrısı olanların bu qidaları yeməməli məsləhət görülür

  • Tünd çay və qəhvə
  • Hazır meyvə şirəsi
  • Kola və spirtli içkilər
  • Yumurta və yumurtalı qidalar
  • Şokolad, fındıq, qoz kimi yağlı quru meyvələr
  • Qızardılmış ağır şirniyyatlar və souslu qidalar,
  • Tort, keks və xəmir məmulatları
  • Yağda qızardılmış-qovrulmuş ətlərdən; toyuq və balıq dərisi, içalat və emal edilmiş ətdən (sucuq, sosiska, kolbasa və s.) uzaq durmaq lazımdır.

Öd kisəsini rahatladacaq qidalar hansılardır?

Öd kisəsini rahatladacaq qidalar

  • Ihlamur, açıq çay və digər təzə bitki çayları;
  • Qaynadılmış-qrildə və ya sobada bişirilmiş qırmızı ət, toyuq və ya balıq,
  • Az yağlı ağ pendir,
  • Ağ çörək, makaron,
  • Düyü, əriştə, biskuit,
  • Yaxşı bişmiş tərəvəzlər, südlü şirniyyatlar,
  • Qovrulmadan hazırlanmış ət suyu olmayan şorbalar

Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün həkim mütəxəssislərə müraciət etməyiniz tövsiyyə olunur.

Tag Post :

Öd kisəsi

Paylaşmaq :

Son Yazılarımız

Kateqoriyalar

Yenilikdən xəbərdar olmaq üçün