Qaraciyərə zərərli qidalar

qaraciyərə zərərli qidalar

Table of Contents

Qaraciyərə zərərli olan qidalar və vərdişlərdən uzaq durmağınız qaraciyərinizin daha sağlam olmasının əsas amillərindən biridir.

Qaraciyər ən böyük daxili orqanımız olub qan dövranında olan qanın süzülərək təmizlənməsinə kömək edir. Tamamilə xəstələnənə qədər özünü bəlli etmir və xəstəlik diaqnozu qoyulduqdan sonra da sizə böyük çətinliklər yaşada bilər. Bu səbəbdən ona, xəstələnmədən sahib çıxmağımız və yaxşı baxmağımız lazımdır.

Qaraciyəri pozan qidalar, içkilər və əsas qidalar bunlardır;

Şəkər

Çox şəkər və ya şəkərli məhsul qəbul etmək təkcə dişlərinizə deyil, qaraciyərinizə də zərər verəcəkdir. Çox şəkər və fruktoza olan qarğıdalı şərbətləri kökəltməkdən başqa, həmçinin qaraciyəri pozan amillərdəndir.

Bir çox klinik araşdırma şəkər və qarğıdalı şərbətlərinin qaraciyərə; içilən alkoqol qədər zərər verdiyini göstərməkdədir. Bu tip qida əlavələrindən qurtulmaq üçün peçenye, qazlı içkilər, tort kimi qidalardan da uzaq durmalısınız.

Bitki qarışımlı təbii vasitələr

Təbii olan hər şey zərərsiz demək deyil. Təbii olsa da nə istifadə etdiyinizi, necə istifadə etdiyinizi çox yaxşı bilmək məcburiyyətindəsiniz. Qaraciyəri qorumaq məqsədi ilə istifadə edəcəyiniz bitki qarışımlarını çox yaxşı araşdırmadan və həkim mütəxəssislər ilə məsləhətləşmədən istifadə etməyin.

Artıq çəkilər

Artıq çəkilər qaraciyərinizi yoran və onun böyüməsinə səbəb olan əsas amillərdəndir. Pəhriz və idman etmək sizi bu problemdən xilas edə bilər.

Əlavə alınan A Vitamini

Bədəniniz A vitamini ehtiyacını təzə tərəvəz və meyvədən təmin edə bilərkən alınacaq olan qida əlavələrindəki A vitamini ilə doza aşımı yaşanacaq olursa qaraciyər yorğunluğu və ya deformasiyası yaşana bilər.

Qazlı içkilər

Aparılan araşdırmalara görə qazlı içkilər tərkiblərindəki qarğıdalı şərbəti və şəkər ilə kökəlməyə səbəb olur. Gün ərzində qəbul edəcəyiniz qazlı içkilər yerinə su qəbul etməyiniz faydalı olacaqdır.

Dərmanlar

Beliniz ağrıyır, başınız ağrıyırsa al bir DƏRMAN və rahatla deyildiyində bilin ki, qaraciyərinizi yormağa başlayırsınız. Daima bu dərmanları istifadə etməyi vərdiş halına gətirmək qaraciyər deformasiyasına səbəb ola bilər.

Trans yağllar

Trans yağlar süni dadlardır. Xüsusilə qablaşdırılmış sənaye qidalarında istifadə olunurlar. Çəki almağınıza səbəb olurlar.

Yanlış dərmanlar

Yanlış resept edilən dərmanlar qaraciyərə çox ciddi zərərlər verə bilər. Dərmanları istifadə edərkən bədəninizdə yarana biləcək dəyişiklikləri yaxşı izləyərək həkiminizi xəbərdar etməyiniz lazımdır.

Alkoqol (spirtli içkilər)

Alkoqolun qaraciyərə zərər verdiyini artıq bilməyən yoxdur. Alkoqolun davamlı və hər nə dozada olursa olsun alınması qaraciyərdə xarablaşmaya yol açır. Dozanızı azaltdıqca qaraciyərinizi də rahatlatmış olacaqsınız.

Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.

Tag Post :

Qaraciyər

Paylaşmaq :

Son Yazılarımız

Kateqoriyalar

Yenilikdən xəbərdar olmaq üçün