Randevu al

+994 77 537 77 88

Diabet qaraciyərə necə təsir edir?

Diabet qaraciyərə necə təsir edir

Diabet xəstəliyi qaraciyərə təsirsiz ötüşmür. Bu xəstəlik nəticəsində  yaranan pozğunluqlar müalicə olunmazsa və daha sağlam həyat üçün lazımi tədbirlər görülməzsə, qaraciyər xərçəngi riski artır. Qaraciyər xəstəlikləri və şəkərli diabetin risk faktorları çox oxşar olduğundan, bir-birinə qarşılıqlı olaraq təsir edən xəstəliklərdir. 2-ci tip diabetli insanların yağlı qaraciyər problemi olma ehtimalı təxminən 70% -dir.

Şəkərli diabet-in qaraciyərə təsirləri

2-ci tip diabetli insanlarda qaraciyər xərçənginə tutulma ehtimalı 2-3 dəfə çoxdur. Diabet problemi qanda şəkərin idarəolunmaz şəkildə artması, mədəaltı vəzi kifayət qədər insulin istehsal edə bilməməsi və orqanizmin insulindən istifadə edə bilmədiyi zaman meydana gəlir. Şəkərli diabet xəstələrinin qanında şəkərin səviyyəsi artdıqca bədənlərindəki bir çox orqan, o cümlədən qaraciyər zədələnə bilər. Qaraciyər problemlərindən əlavə, ürək-damar xəstəlikləri, insult, görmə qabiliyyətinin itirilməsi, böyrək çatışmazlığı da diabetlə əlaqəli ola bilər.

Məlumdur ki, şəkərli diabet yoğun bağırsaq, sidik kisəsi, böyrək, uşaqlıq yolu, süd vəzi, mədəaltı vəzi və qaraciyər xərçəngi ilə əlaqəli bir xəstəlikdir. Ancaq bu xərçəng növləri arasında diabetlə ən çox əlaqəli olanı qaraciyər xərçəngidir. Şəkərli diabet, insulin hormonunun hüceyrə bölünməsini və yayılmasını artıran bir təsirə malik olduğu üçün xərçəng riskini artırır.

Diabetin qaraciyər sirrozu ilə əlaqəsi nədir?

Diabet və qaraciyər sirrozu arasındakı əlaqə aşağıdakılardır:

  • 2-ci tip diabetli xəstələrdə qaraciyər sirrozu inkişaf və irəliləmə ehtimalı daha yüksəkdir.
  • Şəkərli diabet xəstələrinin qaraciyər sirrozu və xroniki qaraciyər xəstəliyindən ölmə ehtimalı 2-2,5 dəfə çoxdur.
  • İnsulin müqaviməti ilə qaraciyər fibrozu arasında güclü əlaqə var.
  • Digər metabolik sindrom parametrlərindən asılı olmayaraq, diabet fibrozu birbaşa təsir edir.
  • Diabet hepatit Bhepatit C-nin səbəb olduğu sirrozun bir xəbərçisi ola bilər.

Diabet və qaraciyər yağlanması arasında əlaqə nədir?

Yağlı qaraciyər xəstəliyi ilə diabet arasında sıx əlaqə var.

Yağlı qaraciyər xəstəliyi iki yerə bölünür: alkoqoldan qaynaqlanan və alkoqoldan qaynaqlanmayan. Yağdan əlavə qaraciyərdə iltihab yaranarsa; müalicə edilməzsə, fibroz və sirroz kimi problemlər yarana bilər. Zaman keçdikcə qaraciyər öz funksiyasını itirir və toksinlərin təsiri ilə beyində disfunksiyalar yarana bilər. Bu da qaraciyər xərçənginə gətirib çıxara bilər.

Yağlı qaraciyər problemi erkən mərhələdə aşkar edilərsə və həyat tərzində dəyişiklik edilərsə, qaraciyər yağlanması problemini aradan qaldırmaq mümkündür. Yağlı qaraciyər xəstəliyi müalicə olunmazsa, diabetə səbəb ola bilər. Diabet və yağlı qaraciyər xəstəlikləri bir-birinə təsir ədən və bir-birinin nəticəsi olan xəstəliklərdir.

Qaraciyərə təsir edən diabetin əlamətləri

Diabetin səbəb olduğu qaraciyər pozğunluqlarının simptomları adətən ağrılı olmur. Bunun səbəbi qaraciyərdə sinir hüceyrələrinin olmamasıdır. 

  • Daimi yorğunluq və zəiflik hissi 
  • Konsentrasiya zamanı çətinlik
  • Qarın yuxarı sağ nahiyəsində təzyiq hiss olunur.
  • Şişkinlik tez-tez  baş verir.
  • Sağ tərəfdə yatarkən narahatlıq hiss olunur.
  • Sidikdə tünd rəng müşahidə olunur.

Qaraciyər yağlanmasının diaqnozunda diabetin rolu nədir?

Yağlı qaraciyər və diabetin risk faktorları oxşardır. Qaraciyər problemlərindən şübhələndikdə aşağıdakı risk faktorları nəzərdən keçirilməlidir:

  • Bədən kütləsi indeksi yoxlanılmalıdır. Artıq çəki diabetlə nəticələnə və qaraciyərin yağlanmasına səbəb ola bilər.
  • Qan təzyiqi ölçülməlidir.
  • Qan testi aparılmalıdır. 

Yağlı qaraciyər problemi olan şəkərli diabet xəstələrində problem tək qan testi ilə müəyyən edilə bilməz. Belə hallarda alternativ diaqnostik üsullardan istifadə edilməlidir.

Şəkərli diabet xəstələrində qaraciyər xəstəliklərinin diaqnozu üçün hansı üsullardan istifadə etmək olar?

Diabetli xəstələrdə qaraciyər problemlərinin diaqnostikasında tətbiq oluna bilən üsullar aşağıda verilmişdir:

  • Ultrasəs müayinəsi adətən ilk tövsiyə olunan üsuldur.
  • Qaraciyərin yağ tərkibi maqnit rezonans spektroskopiyası adlanan MRS ilə öyrənilə bilər. 
  • Elastoqrafiya ilə qaraciyərin elastikliyini ölçmək mümkündür.
  • Qaraciyər biopsiyası ilə diabet xəstəsinin qaraciyərindəki problemin yağ toxuması və ya iltihabdan qaynaqlandığı aşkar edilə bilər. Qaraciyər biopsiyası qaraciyər ponksiyonu da adlanır. Qaraciyər xəstəliyinin səbəbini öyrənmək üçün şprislə qaraciyər toxuması götürülür və hüceyrələr ətraflı müayinə olunur.

Diabetin qaraciyərə təsirinin qarşısını necə almaq olar?

Bunun üçün sağlam həyat tərzinə yiyələnmək lazımdır. Aşağıdakı tösiyələrə əməl etmək isə sağlamlığınız üçün çox faydalıdır:

  • İdeal bədən çəkisini saxlamaq. Piyli olan şəkərli diabet xəstəsində hətta 5-10% arıqlamaq belə qaraciyər xəstəliyini azalda bilər. 
  • Aktiv həyat yaşamağa diqqət yetirilməlidir. Bunun üçün mütəmadi olaraq idman edilməlidir.
  • Alkoqol istehlakı minimuma endirilməlidir. 
  • Yüksək lifli qidaların istehlakına diqqət yetirilməlidir.
  • Tərkibində qeyri-sağlam yağlar və şəkər olan və enerji baxımından çox zəngin qidaları davamlı olaraq istehlak etmək uyğun deyil. Əsasən sağlam qidalardan istifadə etmək və yağlı qidaları nadir hallarda istehlak etmək lazımdır.
  • Siqaredən uzaq durmaq lazımdır.

Tag Post :

Qaraciyər

Paylaşmaq :

Son Yazılarımız

Kateqoriyalar

Yenilikdən xəbərdar olmaq üçün