Randevu al

+994 77 537 77 88

Reflüks xəstəliyinin səbəbləri, simptomları və müalicəsi

reflüks xəstəliyi

Mədə turşusu və selikli qışa ifrazatların yemək borusunda və ya mədədə yer dəyişdirməsi reflüks xəstəliyinə səbəb olur. Bu xəstəlik müxtəlif amillərlə ortaya çıxa bilər. Yaratdığı narahatlıqdan qurtulmaq və ya səbəb olduğu nəticələri azaltmaq üçün pasiyentin düzgün qidalanması, mütəmmadi olaraq fiziki məşqlər etməyi tövsiyə olunur.

Reflüks xəstəliyinin əsas simptomları arasında udqunmaqda çətinlik, boğaz ağrısı, səsin batması və sinə ağrısı kimi göstəriciləri misal göstərə bilərik. Xəstəliyin təyin olunması müalicə üçün ilk addım sayılır. Çünki adətən xəstəliyin simptomları digər xəstəliklərin simptomları ilə qarışdırılır və müalicəyə başlama prosesi bir qədər gecikir.

Reflüks nədir?

Yemək borusu ilə mədəyə enən qidalar və ya mədə turşusu bəzən pataloji bir səbəblə yenidən ağıza qayıda bilər. Yemək borusunun mədəyə birləşdiyi hissədə yemək zamanı qidanın keçməsi üçün qapaq mövcuddur. Bu qapaq sadəcə yemək yeyərkən açılır, qalan vaxtlar bağlı qalır. Qapağın vəzifəsi mədədəki qidaların və müxtəlif turşuların yenidən yemək borusuna, eləcə də ağıza geri qayıtmasının qarşısını almaqdır. Bu qapaqda meydana gələn kiçik bir genişlik belə mədədəki qidaların sabit şəkildə qalmasına mane olur. Mədədən geriyə qayıdan bu qidalar və ya turşular yanma və narahatlıq hissi yaradır.

Reflüksün simptomları nələrdir?

Reflüksün ən əsas simptomu sinədə yanma hissidir. Mədədən başqa çiyinlərdə, boyun bölgəsində, kürək və qolda da hiss edilən bu yanma hissi çox vaxt ürək ağrısı ilə qarışdırılır. Bu səbəblə də həkimə müraciət edib anju edilən pasiyentlərin çoxuna reflüks diaqnozu qoyulur. Xəstəliyin digər simptomları isə aşağıdakılardır:

  • Mədədə turşluq və yanma hissi;
  • Sinədə yanma və ağrı;
  • Mədədəki qidaların ağıza gəlməsi;
  • Çəki itirilməsi;
  • Mədədən ağıza gələn turş maye;
  • Ağız qoxusu;
  • Mədədə şişlik hissi;
  • Gəyirmə;
  • Boğazda yanma və ağrı;
  • Xroniki sinuzit;
  • Dişlərdə çürümə;
  • Allergik astma.

Reflüksün Səbəbləri

Xəstəliyin əsas səbəblərindən biri yemək borusunda uzun müddət qalan çox miqdarda mədə turşusudur. Bu turşu yemək borusu ilə uzun müddət təmasda olduğu müddətdə ciddi problemlərə yol açır. Bu təmas pasiyentdə yanma hissini meydana gətirir. Yemək borusunun aşağı hissəsində yerləşən qapaq əzələlərdən ibarətdir. Reflüks xəstəliyinin digər bir səbəbi də bir dəfəyə hədsiz çox yemək yeməkdir. Çox yağlı və qızardılmış, ədviyyatlı qidalar, turş meyvələr, meyvə suları, siqaret və tütün məhsulları, kafeinli içkilər və qidalar, nanəli qidalar, hamiləlik və bəzi dərmanlar reflüksə səbəb ola bilər.

Reflüks xəstəliyinin müalicəsi necə olur?

Xəstəliyin 3 fərqli müalicəsi mövcuddur. Reflüks xroniki bir xəstəlik olduğu üçün müalicəsində pasiyentin həyat keyfiyyəti artırılmalıdır. Müalicə zamanı pasiyentin şikayətləri aradan qaldırılmalı, əgər varsa, yemək borusunda zərər görən hissələr bərpa olunmalıdır.  

1-ci metod: Yaşam tərzini dəyişdirmək

2-ci metod:  Dərmanla müalicə

3-cü metod:  Cərrahi müdaxilə

Yaşam tərzini dəyişdirmək

  • Çox yağlı, tomatlı, sirkəli və turşulu qidalardan uzaq durmaq,
  • Turşulu və qazlı içkilərdən imtina,
  • İdeal çəki standartının qorunması,
  • Spirtli içkilərdən imtina,
  • Qaynar içki və yeməkləri qəbul etməmək,
  • Dar geyim və korsetlərlən istifadə etməmək,
  • Mümkündürsə, yüksək bir yastıqda yataraq mədə turşusunun yuxarı çıxmasının qarşısını almaq,
  • Yeməkdən sonra əyilərək iş görməmək,
  • Yeməkdən sonra yatmamaq və hərəkət etməmək,
  • Reflüksə səbəb olan dərmanları istifadə etmədən öncə həkimlə məsləhətləşmək lazımdır.  

Dərmanla Müalicə

Mədə turşusunun azaldan dərmanlar bəzən xəstəliyin müalicəsində təsirli ola bilir. Yaşam tərzinin yenidən formalaşdırılması və dərman qəbulu reflüks xəstəliyinin müalicəsində vacib rol oynayır. 

Cərrahi Müdaxilə

Uzun müddət davam edən dərmanla müalicəyə baxmayaraq reflüksün sağalmadığı və ya uzunmüddətli dərmanla müalicənin pasiyent tərəfindən istənilmədiyi hallarda cərrahi müdaxiləya baş vururlur. Əgər reflükslə birlikdə mədə yırtığına da rast gəlinirsə, əməliyyat metoduna müraciət edilə bilər. Yemək borusunu mədəyə birləşdirən qapağı  gücləndirən laporoskopik (qapalı) nissen fundoplikasiya əməliyyatı ən effektiv reflüks əməliyyatı sayılır. Mədə yırtığı da bu əməliyyat zamanı bərpa olunur.

Reflüks mədə xorasına səbəb olur?

Bu xəstəlik çox vaxt mədə xorası ilə qarışdırılır. Bunu bir-birindən ayırmaq üçün reflüksə səbəb olan mədə turşusu 24 saat ərzində müşahidə edilir və xüsusi bir cihazla xəstəliyin reflüks olub-olmadığı dəqiqləşdirilir. Mədə turşusu başda mədə xorası olmaqla yemək borusunda deşilmə, daralma və digər problemlərə səbəb olur. Müalicə olunmazsa, mədədə qanaxma olma ehtimalı yüksəkdir.

Reflüks xərçəngə səbəb olur?

Mədədəki turşu ifrazatlarının tez-tez yemək borusuna geri qayıtması ilə həmin nahiyədə bəzi zərərli hüceyrə dəyişiklikləri baş verə bilər. Barret yemək borusu adlanan bu xəstəlik hüceyrə dəyişikliklərini nəzarət altında saxlayaraq müalicə edilməzsə, kiçik bir xərçəng riski daşıyır. Barret yemək borusu reflüks xəstələrinin yalnız 3%-də müşahidə olunur. Bu nisbətin yalnız 0,5%-i xərçəng ehtimalı daşıdığı müşahidə edilib. Bu səbəblə reflüksün hər zaman xərçəngə çevriləcəyini söyləmək doğru olmaz. Bununla belə, həyat tərzini dəyişdirmək və tibbi müayinələrə fasilə verməmək çox vacibdir.

Reflüksün səbəb olduğu xəstəliklər

Müalicəsi olan, lakin ciddiyə alınmayan reflüks xəstəliyi həm körpələrdə, həm uşaqlarda, həm də böyüklərdə müxtəlif xəstəliklərə səbəb ola bilər. Bu xəstəlikləri aşağıdakı kimi sadalamaq olar:

  • Mədə turşusunun ağciyərlərə sızması səbəbindən pnevmoniya,
  • Astma, farengit, larengit kimi nəfəs borusu xəstəlikləri,
  • Yemək borusunda iltihablanma,
  • Mədenin bir hissəsində daralma,
  • Həzm kanalında qaamalar,
  • Anemiya kimi dəmir əskikliyi xəstəliyi,
  • Sonrakı mərhələlərdə xərçəngə səbəb ola bilən Barrett yemək borusu xəstəliyi,
  • Səsin batması,
  • Diş çürükləri,
  • Ağız qoxusu,
  • Rahat yatmamaq,
  • Xoruldama.

Hamiləlikdə reflüksün müalicəsi

Hamiləlik dövründə ən çox rast gəlinən problemlərdən biri reflüksdür. Körpə böyüdükcə mədəni və digər orqanları itələyir, bu da mədə turşusunun yemək borusuna qayıtmasına səbəb olur. Gələcək ananın hormonlarının dəyişməsi də xəstəliyin yaranmasında faktordur. Hamiləlik dövründə həddindən artıq yağlı, şəkərli, turşulu qidalar və içkilər qəbul etməkdən çəkinin. Gecə gec saatlarda yeməkdən imtina etmək və yatarkən başınızı yüksəkdə saxlamaq reflüksün qarşısını almaq üçün çox vacibdir. Bütün bu səylərə baxmayaraq reflüksdə geriləmə olmazsa, həkimin təyin etdiyi və körpəyə zərərsiz olan dərmanlar istifadə edilə bilər.

Tag Post :

Reflüks

Paylaşmaq :

Son Yazılarımız

Kateqoriyalar

Yenilikdən xəbərdar olmaq üçün