Randevu al

+994 77 537 77 88

Mədə problemləri haqqında doğru bilinən yanlışlar

Mədə problemləri haqqında doğru bilinən yanlışlar

Table of Contents

Yazda müşahidə edilən xəstəliklər arasında mədə problemləri birinci yerdə dayanır. Bəs bu problemin həllində qəbul edilən dərmanlar, ətrafınızdakı insanların tövsiyələri nə dərəcədə effektivdir? Nəyi düz, nəyi səhv edirsiniz?

Qarnım ağrıyır, yanır, turşuluğu artır, mədəm sıyrılır… Bu cümlələr xüsusən də yazda çoxlarının dilində olur.

YANLIŞ: Kökələndə mədəmiz böyüyür və daha çox ac oluruq!

DOĞRU: Mədəmiz əzələli bir kisədir və ölçüsü bədənimizin enerji ehtiyacına görə dəyişir. Mədə zaman keçdikcə və ya kökəldikcə böyümür. Ölçüsü dəyişməz qalır, lakin əzələli olduğu üçün çox enerji lazım olan hallarda bu əzələlər rahatlaşır və daha çox qida sığdırır. Az enerjiyə ehtiyac duyduğumuz zaman bu əzələ kisəsi büzülür və lazımsız yemək yeməyimizə mane olur.

YANLIŞ: Az yesək, mədəmiz kiçilər!

DOĞRU: Əgər yeməyi azaltmaqla deyil, qidanın həqiqi həzm oluna bilən kalorili dəyərini artırsaq, daha az qida ilə özümüzü tox hiss etməyə başlayarıq. Ancaq bu, mədəmizin kiçildiyi mənasına gəlmir.

YANLIŞ: Arıq insanların mədələri kök insanlardan daha kiçikdir!

DOĞRU: Arıq və kök insanların mədə ölçüsü eynidir. Sadəcə kök insanın gündəlik enerji ehtiyacı daha yüksək olduğu üçün beyin onun mədə əzələlərini daha da boşaldır və daha çox qidanın daxil olmasına şərait yaradır.

YANLIŞ: Darçın və dadlandırıcı ilə hazırlanmış desertlər meyvə desertlərinə olan ehtiyacı ödəyir!

DOĞRU: Şirniyyata ehtiyac orqanizmin şəkərə, yəni enerjiyə olan ehtiyacıdır. Əgər həzm sistemimiz yaxşı işləmirsə, kifayət qədər ferment istehsal etmirsə, az hərəkət edirsinizsə, bədən yediyimiz qidalardakı şəkəri ala bilmirsə, fabrikdə istehsal olunan şəkərə tələbatı artır. Həyatınızı davam etdirmək üçün bədəninizin şəkər ehtiyacı az da olsa qarşılanmalıdır. Meyvələr orqanizmin arzuladığı şəkəri, yəni qlükoza deyil, fruktoza ehtiva edir və bu, sizi müvəqqəti olaraq yaxşı hiss etdirir. Lakin təəssüf ki, bunların heç birində orqanizmə lazım olan şəkər yoxdur. Şəkər ehtiyacını qarşılamaq üçün fındıq və tərəvəz istehlak etmək lazımdır.

YANLIŞ: Qastritdən xilas olmaq istəyirsinizsə, arıqlayın!

DOĞRU: Qastritdən xilas olmaq istəyirsinizsə, 

1- Çox yemək yeməyin, həzm sisteminizin yediyiniz qidaları tam həzm etməsinə icazə verin. 

2- Gecə gec saatlarda həzm olunması çətin olan çiy salat, meyvə və qəlyanaltılardan uzaq durun. 

3- Yeməkdən dərhal sonra yatmayın 

4- Yeməkdən əvvəl su içərək mədə turşusunu azaltmayın. 

5- Yeməkdən sonra uzanmayın, dik vəziyyətdə durun. 

6- Yaxşı çeynəyin ki, yeməyinizin mədədə qalma müddəti daha qısa olsun.

YANLIŞ: Eyni qidaları qəbul etmək və yatmazdan əvvəl yemək insanı kökəldir!

DOĞRU: Kökəlməyinizin səbəbi bədəninizin yediklərinizi saxlaması deyil, yediyiniz qidalarda kifayət qədər yağ, zülal, vitamin və mineralların olmaması və ya bunlar olsa belə, orqanizmin bu qidaları istifadəyə yararlı hala gətirə bilməməsidir. Hərəkətsizlik və həzm fermentinin çatışmazlığı da digər bir səbəbdir. Beləcə bədəni əhatə edən birləşdirici toxuma boşalır və bu boşalmanı bərpa etmək üçün qarın, omba və bud nahiyəsindəki şəkər piyə çevrilir. Bunun eyni növ qidaları istehlak etmək və ya gecə gec yeməklə heç bir əlaqəsi yoxdur.

YANLIŞ:  Soda içmək mədəyə faydalıdır!

DOĞRU: Mədə qidanızı həzm etmək üçün turşuya ehtiyac duyur. Əgər yeməkdən dərhal sonra və ya yemək zamanı soda içsəniz, mədə turşusunu azaldacaq və həzmi çətinləşdirəcək. Ən tez yeməkdən 2 saat sonra soda içmək lazımdır.

Tag Post :

Mədə problemləri

Paylaşmaq :

Son Yazılarımız

Kateqoriyalar

Yenilikdən xəbərdar olmaq üçün