Hər kəsin ən çox rastlaşa biləcəyi şikayətlərdən biri olan ürəkbulanma, həddindən artıq yemək, hərəkət, xoşagəlməz qoxu və görüntülərə reaksiya olaraq, eləcə də soyuqdəymə kimi səbəblərdən yarana bilər. Həmçinin ciddi xəstəliklərin əlaməti də ola bilər: xora, mədə-bağırsaq infeksiyaları, qəfil başlayan qastrit, bağırsaq tıxanıqlığı, appendisit kimi həzm sistemi pozğunluqları, stress, hamiləlik, başgicəllənmə, miqren, qan təzyiqi problemləri və hətta beyin şişi.
Ürəkbulanma xəstəlik sayılmır, orqanizmdə müxtəlif səbəblərdən yaranan reaksiya mexanizmidir və ya müxtəlif xəstəliklərin əlamətidir. Bulantıya səbəb ola biləcək və diqqət tələb edən müxtəlif xəstəliklər aşağıdakı kimi sıralanır:
Qıda zəhərlənməsi
Qida zəhərlənməsinin ilk əlamətlərindən biri ürəkbulanmadır. Qusma, ishal, qızdırma, qarın ağrısı və kramp kimi şikayətlər bu problemin digər əlamətləridir.
Qastrit
Mədənin selikli qişasının iltihabı olaraq təyin oluna bilən qastrit adətən Helikobakter pilori mikrobunun səbəb olduğu xəstəlikdir. Qastrit qəfil və ya zamanla tədricən baş verə bilər. Ürək bulanması qastrit xəstələrində görülən əsas simptomlardan biridir.
Xora
Mədə və ya onikibarmaq bağırsaqda müxtəlif səbəblərdən yaranan zədələnmə və toxuma xoranın əsas səbəbidir. Ən çox rast gəlinən xora simptomu qarının yuxarı hissəsində hiss edilən ağrıdır, lakin ürəkbulanma, qusma və iştahsızlıq kimi şikayətlərə də səbəb ola bilər.
Bağırsaq infeksiyaları
Bulantı bağırsaq infeksiyalarının ən çox görülən simptomlarından biridir. Ürək bulanması ilə yanaşı qarın ağrısı, qanlı ishal və qızdırma kimi əlamətlər də bağırsaq infeksiyası şikayətləri arasındadır.
Öd kisəsi xəstəlikləri və öd kisəsi əməliyyatları
Öd kisəsi xəstəlikləri; iltihab, öd yollarının zədələnməsi və stenozu, öd yollarının kistaları, öd kisəsi daşları, öd kisəsi xərçəngi və sairdir. Bu xəstəliklərdə ümumi şikayətlərdən biri də ürəkbulanma və ya qusmadır. Öd kisəsi əməliyyatı olan xəstələrdə əməliyyatdan sonra ürəkbulanma və qusma şikayətləri davam edə bilər.
Qastroezofageal qastrit
Mədə şirəsinin geri axması nəticəsində yaranan qastritin ən çox görülən əlaməti mədədən boğaza yayılan yanma hissidir. Yanma hissi yeməkdən sonra və ya gecə yatarkən daha çox ola bilər. Sinə ağrısı, udma çətinliyi, boğazda şiş hissi, ürəkbulanma və qusma kimi şikayətlər də yaşana bilər.
Bağırsaq obstruksiyası
Bu problem müalicə edilmədikdə həyati təhlükə yarada bilən xəstəliklərdən biridir. Qarında qəfil və şiddətli ağrılar, qarında şişkinlik, qaz və nəcisin çıxa bilməməsi kimi əlamətlər, ürəkbulanma və qusma kimi şikayətlər müşahidə oluna bilər.
Xərçəng və xərçəng müalicəsi
Bulantı xərçəng əlaməti ola bilər. Xüsusilə həzm sistemi xərçənglərində həzmsizlik, şişkinlik kimi əlamətlərlə birlikdə ürəkbulanma, qusma, iştahsızlıq və çəki itkisi kimi şikayətlər yaşana bilər. Kimyaterapiya müalicəsi zamanı qəfil ürəkbulanma və qusma şikayətləri ola bilər.
Baş gicəllənmə
Başgicəllənmənin müxtəlif səbəbləri ola bilər. Şiddətli vertigo vəziyyətində, insan adətən hərəkət edə bilmir və ilk şikayət ürəkbulanma və qusma olur.
Qulaq infeksiyası
Qulaq infeksiyaları adətən şiddətli qulaq ağrısı ilə özünü göstərir. Ancaq daxili qulaq infeksiyalarında qulaq ağrısına ürəkbulanma, başgicəllənmə kimi şikayətlər də əlavə oluna bilər.
Beyin travması və beyin şişi
Baş travması və ya beyin şişi kimi xəstəliklər xəstəliyin formasından asılı olaraq fərqli simptomlar göstərə bilər. Beyin travması və ya beyin şişləri zamanı şiddətli baş ağrısı, ürəkbulanma, qusma, nitq pozğunluğu, qol və ya ayaqlarda zəiflik, görmə pozğunluğu kimi şikayətlər yaşana bilər.
Appendisit
Bağırsağın müdafiə mexanizmini və toxunulmazlığını tənzimləməyə kömək etdiyi düşünülən apandisitin iltihabının ən tipik əlaməti sağ qasıq ağrısıdır. Ancaq ağrı ilə yanaşı ürəkbulanma, qusma, həzm çətinliyi kimi şikayətlər də yaşanır.
Miqren
Miqrenin əsas əlaməti şiddətli baş ağrısıdır. Ancaq bu baş ağrısına ürəkbulanma, qusma, işığa və səsə həssaslıq kimi şikayətlər də əlavə olunur.
İnfarkt
İnfarkt zamanı kifayət qədər oksigen olmadığı üçün başgicəllənmə ilə yanaşı ürəkbulanma və qusma şikayətləri də meydana gələ bilər.
Böyrək və sidik yollarının xəstəlikləri
Böyrək daşları və ya sidik yolları infeksiyaları ürəkbulanma və qusma kimi şikayətlərlə, həmçinin şiddətli ağrılarla özünü göstərə bilər.