Randevu al

+994 77 537 77 88

Endoskopiya qorxusu erkən diaqnoza mane olmasın

endoskopiya

Erkən diaqnoz bütün ciddi xəstəliklərdə müalicənin uğurlu olmasına təsir edən ən mühüm amillərdəndir. Həzm sistemi xəstəliklərində endoskopiya xüsusi yer tutur. Xalq arasında endoskopiyanın ağrılı və narahat bir prosedur olduğuna dair inanc formalaşmışdır. Lakin bu məsələ xəstəliklərin irəliləməsinə və müalicəsinin çətinləşməsinə səbəb olur.

Endoskopiya qorxusu erkən diaqnoza mane olur

Elə xəstələr var ki, şayiələrə əsaslanaraq endoskopiyadan, hətta həkimə müraciət etməkdən çəkinir. Bu, diaqnozun gecikməsinə və mənfi nəticələrə səbəb ola bilər. Günümüzdə endoskopiya texnologiyasındakı irəliləyişlər və prosedurun anesteziya altında aparılması bu çətinlikləri böyük ölçüdə aradan qaldırır.

Həzm sistemi yuxarı endoskopiya ilə araşdırılır

Endoskopiya ucunda kamera və işıq olan cihazdır. İçi boş orqanların müayinəsi zamanı istifadə olunur. Bu proses bədənimizdəki bir çox orqanlara tətbiq oluna bilər. Endoskopiya yemək borusu, mədə və onikibarmaq bağırsağın müayinə prosedurudur. Prosedur zamanı şübhəli nahiyələrdən kiçik toxumalar (biopsiya) götürüb müayinə etməklə xəstəliklərin erkən diaqnozunu qoymaq mümkündür.

Terapevtik məqsədlər üçün də istifadə olunur

Endoskopiya xəstəliklərin diaqnozu ilə yanaşı, qanaxmanın dayandırılması, xərçəng inkişaf riski olan poliplərin çıxarılması və ya stenozların açılması kimi müxtəlif vəziyyətlərdə müalicə məqsədləri üçün də istifadə edilə bilər.

Bu şikayətlərə diqqət yetirin!

Üst həzm sistemi xəstəliklərində mədə yanması, ağrı, şişkinlik, həzmsizlik, ürəkbulanma-qusma və ya bir çox fərqli narahatlıq hissi müşahidə edilə bilər. 

– Şikayətlər 50 və yuxarı yaşda olur

– Getdikcə şiddətlənən şikayətlər

– Gecələr sizi yuxudan oyandıran şikayətlər

– Udmaqda çətinlik

– Davamlı qusma

– Qanlı qusma və ya qara nəcis

– Çəki itirmək

– Müalicə olunsa da keçməyən şikayətlər

Yaşı 50-dən aşağı və ya yuxarı olan birdən çox ailə üzvündə xərçəng xəstəliyinin baş verməsi kimi hallar xüsusilə ciddi xəstəliklər üçün təşviş doğurur və lazımi araşdırmalar, o cümlədən endoskopiya tez bir zamanda aparılmalıdır.

Eyni gündə evə gedə bilərsiniz

Diaqnostik məqsədlər üçün aparılan endoskopiya təxminən 10 dəqiqə çəkir və xəstəxanaya yerləşdirmə tələb etmir. Endoskopiyadan sonra xəstə anesteziya bitənə qədər bir neçə saat müşahidə olunur və həmin gün evə buraxılır. Prosedur günü evdə dincəlmək məsləhətdir. Avtomobil idarə etmək və s. kimi diqqət tələb edən fəaliyyətlərdən uzaq durması tövsiyə edilir.

Endoskopiya müayinəsi

Xəstələrdə ən çox qastritə rast gəlinir

Endoskopiya edilən xəstələrdə qastrit ən çox rast gəlinən xəstəlik olsa da, əksəriyyətində Helicobacter pylori adlı bakteriya aşkar edilir. Xərçəng kimi xəstəliklərə xəstələrin kiçik bir hissəsində rast gəlinir.

Endoskopiya proseduru zamanı lokal və qısa müddətli anesteziya tətbiq edilir.

Diaqnostik endoskopiya çətin bir prosedur və ya ciddi riskləri olan bir prosedur deyil. Prosedurun çətinlikləri anesteziya ilə aparıldıqda aradan qaldırılır. 

Endoskopiyadan istifadə edilən terapevtik tətbiqlərdə təbii olaraq əlavə risklər mövcuddur. Prosedurdan əvvəl xəstə risklərlə bağlı məlumatlandırılır. Əksər hallarda isə əməliyyatdan sonrakı müalicəmüvəffəqiyyətlə tamamlanır.

Endoskopiya hər xəstə üçün lazım olmaya bilər

Endoskopiya həzm sistemi şikayətlərinin diaqnozu üçün əsas üsul olsa da, erkən diaqnoz, bəzi müalicələrin tətbiqi və xəstəliklərin təqibində dəyərlidir. Ancaq hər bir xəstənin endoskopiyadan keçməsi vacib deyil. Əksər xəstələrdə müayinə və lazımi analizlərdən sonra həyat tərzinin dəyişməsi, pəhriz tövsiyələri və müxtəlif dərman preparatlarının istifadəsi müalicə üçün kifayətdir.

Tag Post :

Endoskopiya

Paylaşmaq :

Son Yazılarımız

Kateqoriyalar

Yenilikdən xəbərdar olmaq üçün